İnsanlara hürriyət, millətlərə istiqlal!

Vanqadan 2024-cü il üçün DƏHŞƏTLİ PROQNOZLAR - Dünya çalxalanacaq, bu il...

1656 04.04.2024 14:41 Maraqlı A A

Rusiyadan gələn dəhşətli xəbərdən sonra Baba Vanqanın 2024-cü il kəhanətləri gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Britaniyanın “Metro” nəşri “Baba Vanqanın 2024-cü il üçün qorxulu kəhanətləri gerçəkləşir” başlığı ilə oxucularının qarşısına çıxıb.

“Ölümündən 28 il keçməsinə baxmayaraq, Baba Vanqanın 2024-cü ilə dair proqnozları özünü doğrultmuş kimi görünür Bu il onun digər proqnozları özünü doğruldur: Avropaya terror hücumları, kiberhücumların artması, tibbi və texnoloji nailiyyətlər...”

Nəşr bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada baş verən terror aktını və Baba Vanqanın 2024-cü ildə Avropada terror aktlarının artacağı barədə xəbərdarlıqları xatırladıb: “...və Moskvada "Crocus City Hall"a edilən son hücum onun haqlı olduğunu göstərir”.

“Metro” yazır ki, Baba Vanqa kiberhücumların artacağını da proqnozlaşdırıb: “2023-cü ildə bir çox hökumətlər əhatəli kiberhücumlara məruz qaldı və texnologiya problemləri 2024-cü ildə artıq dünyanı silkələdi”.

Bolqar mistik elektrik şəbəkələri və su təmizləyici qurğular kimi kritik infrastrukturları hədəf alacaqlarını bildiribmiş.

Bundan başqa kəhanətlər arasında Vanqanın alzheimer və xərçəng kimi sağalmaz xəstəliklərin yeni müalicə üsullarının, tibb və texnologiyada daha çox irəliləyişlərin olacağı barədə proqnozları da var.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR