İnsanlara hürriyət, millətlərə istiqlal!

Van Dammın gəlini təkzib etdi: "Yasamaldayam, həyat yoldaşımla..."

1344 22.07.2022 18:25 Şou-biznes A A

Dünya ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə Fransada həyat yoldaşıyla bir araya gəlməsi xəbərini yalanlayıb.

Suada Hacıyeva İnstaqramda hekayə bölümündə video paylaşaraq Bakıda olduğunu deyib.

"Yanlış informasiya verildi ki, Kristoferlə birlikdə Parisdəyəm. Lakin hazırda Yeni Yasamaldayam. Ona görə də xahiş edirəm ki, hər gördüyünüz xəbərə inanmayın və icazəsiz yaymayın. Anlamıram nə baş verir?! Ona görə də xahiş edirəm ki, hər İnstaqrama yerləşdirdiyim video, fotonu paylaşmayın. Əgər özüm yazsam ki, artıq Kristoferləyəm, onda görəcəksiniz. Artıq başım ağrıyır".

Qeyd edək ki, cütlük ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına əyləşib. Suada Bakıda yaşayır. O, bunun səbəbinin ABŞ-da yaşamaq üçün viza almağa çalışması ilə əlaqələndirib. /Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR