İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: “Həmişə dövlətin mövqeyini müdafiə etmişəm, yenə də edirəm”

3281 25.04.2023 11:38 Son xəbər A A

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında əleyhinə səslənən fikirlərlə bağlı söz alaraq münasibətini bildirdi.

“Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi, həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafi etmişəm, yenə də müdafiə edirəm”-deyən V.Əhmədov bildirdi ki, bugüni çıxışlarla bağlı kim bu göstərişi verib, onu da bilir.

“Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orda da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orda dövlətin, millətin yanında olan insanam”.

Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirdi. Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm”-deyib, reaksiya verdi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR