İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vadji “Qarabağ”da daha da irəlilədi” - Benjamin Karamoko

763 29.08.2022 13:24 İdman A A

"O, həqiqətən komanda üçün mübarizə aparan çox sürətli hücumçudur. Vadji fırıldaqçı deyil və əla xasiyyətli var".

Qol.az xəbər verir ki, bu sözləri Belçikanın “Şarlerua” klubunun futbolçusu Benjamin Karamoko “Qarabağ”ın seneqallı hücumçusu İbrahima Vadjinin “Sent-Etyen”ə gözlənilən transferi haqda danışarkən deyib.

O, Fransa mətbuatına müsahibəsində vaxtilə “Heqesunn”da (Norveç) birgə çıxış etdiyi Vadji haqda müsbət fikirlər səsləndirib: "2018-ci ildə “Hauqsen"ə gələndə əvvəlcə sağ cinahda oynadı, lakin məşqçi onu yenidən mərkəzə qoydu və Vadji bu mövqedə çıxış etdi. 12 matçda 8 qol vurdu. İbrahima Kone ilə birlikdə əla çıxış edirdilər.


Taktiki və texniki baxımdan İbrahima “Heqesenn"də pis deyildi və keçən yay “Qarabağ”da daha da təkmilləşdi. Vadji ilə dost olduğumuza görə hərdən “Qarabağ”ın oyunlarına baxıram. Texniki cəhətdən daha da irəliləyib. İndi o, daha soyuqqanlı və dəqiq oynayır".

Fil Dişi Sahilidən olan müdafiəçi Vadjinin "Sent-Etyen"lə bağlı məlumat almaq üçün ona zəng etdiyini bildirib: "Vadjinin çox güclü sağ ayağı var. Düşünürəm ki, o, “Sent-Etyen”ə kömək edəcək biridir. İki həftə əvvəl “Sent-Etyen”lə bağlı məsləhət almaq üçün mənə zəng etdi. Yəqin ki, bu klubun liderləri ilə də müzakirə edib. Mənə dedi ki, Fransada heç vaxt oynamadığı üçün şansını orada sınamaq istəyir. Loik Perrin və Loren Batllz ilə yaxşı münasibətləri var idi. Məncə, bu səbəbdən “Sent-Etyen”ə gedir. Məncə, Sent-Etyendə hamı Vadjini sevəcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR