İnsanlara hürriyət, millətlərə istiqlal!

V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının 2-ci günü başa çatdı Fotolar

695 13.05.2022 20:09 Mədəniyyət A A

Mayın 13-də Şuşada keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının 2-ci günü başa çatıb.

"Yeni Müsavat"ın festivalda təmsil olunam müxbir qrupunun verdiyi məlumata görə tədbir Pakistanın “Colors of Pakistan", Özbəkistanın “Baxor" Dövlət Ansamblının çıxışları ilə başa çatıb.

Xatırladaq ki, "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının 2-ci günündə məşhur azərbaycanlı pianoçu Etibar Əsədlinin qrupu (Azərbaycan/Fransa ) və Bolqarıstanın “Trigaida" qrupu iştirak edib. Günorta saatlarında isə Cıdır düzündə yerləşən böyük səhnədə folk-pop, folk-caz konserti keçirilib. Konsertdə Əməkdar artist, xanəndə Qoçaq Əsgərov, Arslan Növrəsli (tar), “Cəngi" Estrada Folklor Ansamblı rəngarəng musiqilərlə çıxış gedib.

Tədbirdə tədbirdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Xalq artisti, Bakı Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, tanınmış mədəniyyət xadimləri qonaq qismində iştirak ediblər.

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən, mayın 12-dən etibarən başlayan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.

Xatırladaq ki, ilk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival Vətən Müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR