İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST-də həyəcan – Son ayda 850 min COVID-19-a yoluxma halı qeydə alınıb

293 23.12.2023 09:35 Dünya A A

Son bir ay ərzində dünyada COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlük dövrlə müqayisədə 52% artıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edildiyi kimi, bu müddət ərzində 850 mindən çox yeni yoluxma halı qeydə alınıb.

COVID-19 ilə xəstəxanaya yerləşdirilənlərin sayı 23 faiz artıb - noyabrın 13-dən dekabrın 10-dək dünyada 118 mindən çox insan xəstəxanalarda olub.

ÜST vurğulayıb ki, hesabat dünyada xəstəliklərin faktiki sayını əks etdirmir, çünki yalnız 105 ölkə koronavirusa yoluxma halları ilə bağlı hesabat təqdim edib.

Öz ölkəmizdə də çox sayda insan koronavirusa yoluxduqları halda, xəstəxanalara müraciət etmədən, evdə müalicə olunublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR