İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları əyləndirərək öyrədən yeni layihə başlayır FOTO

522 04.04.2024 14:19 Ölkə A A

 

“Shokki Mokki” və UAFA təşkilatı uşaqların fiziki inkişafı və əyləncəsi üçün əməkdaşlığını davam etdirir.  Qurumların icra edəcəyi yeni layihə “Kiçik addımlarla böyük uğurlar” adlanır.

Adıçəkilən layihənin daha bir tərəfdaşı isə “Vuvuzela media”dır. 

Əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqların zehni inkişafı ilə yanaşı fiziki inkişafını da təmin etməkdir. Uşaqlar əylənərək öyrənəcəklər. Layihə Bakı ilə yanaşı bölgələr də həyata keçiriləcək. Gəncə, Hacıqabul, Siyəzən, Xaçmaz və Lənkərandakı “Məktəbim” təhsil ocaqlarına səfər ediləcək. Səfərdə tanınmış futbolçular da iştirak edəcək. Onlar futbol, fiziki aktivliklə bağlı tövsiyələrini uşaqlarla bölüşəcəklər. Uşaqlar arasında yarışlar keçiriləcək, qaliblərə “Shokki Mokki” və “Vuvuzela”dan hədiyyələr təqdim olunacaq. 

Layihənin son görüşü 1 iyun Beynəlxalq Uşaqlar Günündə təşkil ediləcək. 

“Kiçik addımlarla böyük uğurlar” barədə yenilikləri aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.youtube.com/@vuvuzelamedia

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR