İnsanlara hürriyət, millətlərə istiqlal!

USAİD direktorundan saxtakarlıq - məcburi köçkünləri bir dəfə ziyarət etmədi, amma...

848 23.11.2023 11:14 Siyasət A A

Ermənistanın işğalçılığına və terrorçu fəaliyyətinə stimul verən çevrələr yenidən hərəkətə keçib; Azərbaycana qarşı savaş açan fitnəkar ölkələrə və mərkəzlərə kəskin etirazlar: “Zəhmətkeş ABŞ xalqının vergiləri bu gün inkişafa və demokratiyaya deyil, xaosa, çaxnaşmalara sərf olunur”

Azərbaycan sentyabr ayında lokal antiterror tədbirləri keçirməklə, təkcə ərazi bütövlüyünü, suverenliyini təmin etmədi, həm də orada uzun illərdir terrorçu rejimin girovluğunda olan erməni sakinləri də xilas etdi. Həm də bəyanat verildi ki, dinc erməni əhali öz evlərində rahat və təhlükəsiz yaşaya bilər.

Ancaq Ermənistanın havadarları, həmçinin rəsmi İrəvan növbəti ağlaşma qurmaq, saxta hesabatlar yaymaq üçün uzun illər girovluqda qalmış erməniləri Ermənistana köçməyə çağırdı. Dünya bunu məhz bu cür qiymətləndirməli olduğu halda, biz faktiki olaraq qərəzli yanaşmaların baş qaldırdığını müşahidə edirik. USAİD direktoru Samanta Pauerin də erməni sakinlərinin Ermənistana könüllü köçməsini “məcburi köç” adlandırması təəccüb doğurmaya bilmir.

Axı bütün bu proses kameralar önündə baş verdi - hamısı açıq etiraf edirdi ki, onlara Azərbaycan heç bir təzyiq etmir. Bəziləri könüllü getdiyini deyirdi, bir çoxu isə Qarabağda mövcud olmuş xunta rejiminin təhdidi altında köçdüyünü deyirdi. Azərbaycan XİN Puerin qərəzli yanaşmasına dərhal reaksiya verib. “Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir”, - deyə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında USAİID direktoru Samanta Puerin paylaşımına cavab kimi qeyd edib. O, Pauerin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxladığı təxminən 30 il boyunca Ermənistan əleyhinə heç bir fikir səsləndirmədiyini, əksinə, hətta post-münaqişə mərhələsində belə beynəlxalq hüququn və Ermənistanın öhdəliklərinin ziddinə bəyanatlar verdiyini qeyd edib. A.Hacızadə Samanta Pauerin regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşdüyünü, lakin növbəti gün Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etdiyini xatırladıb. XİN rəsmisi vurğulayıb ki, təxminən 30 illik işğal boyunca sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdiyi ağır vəziyyəti öyrənmək üçün bir dəfə də olsun USAİD rəhbərliyi səviyyəsində ziyarət baş tutmayıb. Ümumiyyətlə, Ermənistanın işğalçılığına və terrorçu fəaliyyətinə stimul verən çevrələr yenidən hərəkətə keçiblər. ABŞ Senatındakı dinləmələr, ölkəmizə qarşı riyakar münasibət, təzyiq rıçaqlarının işə salınması göz qabağındadır. USAİD rəhbərliyindən sonra digər təşkilatların da oxşar qərəzli bəyanatlarının şahidi olacağımız şübhəsizdir. Azərbaycan bu iddiaları faş etmək, həqiqətləri çatdırmaq üçün hansı addımları atmalıdır?

Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm" | 1news.az | Xəbərlər

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, USAİD, NED, IREX, Marşall Fondu və digər təsir agenti laboratoriyalarının niyə yaradıldığı və nəyə xidmət etdikləri kimsəyə sirr deyil: “O da sirr deyil ki, ABŞ "soyuq savaş" illəri başa çatandan sonra özünün yumşaq güc potensialını əvvəllər olduğu kimi imicinin daha da güclənməsi yolu ilə təsirinin artmasına yox, idarəolunan xaos yaratmağa sərf edir. Yəni köntöycəsinə və birbaşa hərəkətə üstünlük verir. Azərbaycan dəfələrlə bu ölkənin sözügedən qurumlarının bir çox hallarda sinxron və koordinasiya olunmuş basqıları ilə üzləşib, onları uğurla dəf  edib. Yenə də eyni reallıqla üzləşəcəklər. Amma məncə, ABŞ-dakı bəlli çevrələrin ölkəmizə, torpaq bütünlüyümüzə qarşı bu cür açıq düşməncəsinə davranışlarından sonra biz artıq onların təsir agenti laboratoriyalarının buradakı fəaliyyətini tam sıfırlamalıyıq. Və Türk Dövlətləri Təşkilatı çərçivəsində də ABŞ-ın idarəolunan xaos mərkəzlərinə qarşı birgə əməkdaşlıq haqda düşünməli, təkcə dövlət qurumlarımız deyil, vətəndaş cəmiyyəti institutlarımız da bunun üçün səfərbər edilməlidir".

S.Alıyev təsdiqləyir ki, ABŞ-ın idarəolunan xaos mərkəzlərinin, təsir agenti laboratoriyalarının potensialları böyükdür: “Milyardlarla dollar vəsaitləri var, qlobal media və bir sıra beynəlxalq qurumlarla sinxron çalışırlar. Amma potensiallarının böyüklüyünün onlarda yaratdığı bir özündənrazılıq da var ki, bu, köntöycəsinə davranışlarının arxasında nə dayandığını açıq-aydın ortaya qoyur. Beləliklə, özlərini də, təmsil etdikləri ölkəni də çox yerdə, ilk növbədə də Azərbaycanda çoxdan gözdən salıblar. Onların Milli Şura adlanan qurumdakı təsir agentlərinə-antimilli ünsürlərə və elələrinin dövrəsində fırlananlara Azərbaycanda indi yanaşma necədir? Onlara ətraflarına adam toplamaq üçün milyonlarla dollar vəsait verilir, ancaq görün cəmiyyətdə bir qəpiklik hörmətləri varmı, qalıbmı? Həmin adamlar ABŞ ordusu Əfqanıstanı tərk edib qaçanda onlara xidmət etsələr də, özləri ilə götürülməyib, taleyin ümidinə buraxılan, necə acınacaqlı vəziyyətlə üzləşdiklərini bildiklərindən amerikalılar uçan təyyarələrin şassilərindən yapışan, sonra da göydən yerə yuvarlanan əfqanlar kimi, bu xalqın gözündən düşüblər. ABŞ-ın, eləcə də Qərbdəki digər çevrələrin buradakı təsir agentləri arasında guya partiya liderləri də var, baxın, indi bizdə onlara yanaşma xaricdəki söyüş söyməklə pul qazanan əqidədaşlarından çoxmu fərqlənir? Yox, qətiyyən fərqlənmir, burada da heç şübhəsiz onların xidmət etdikləri, təsir agenti olduqları çevrələrin Azərbaycana yanaşmaları, bizim torpaqlarımızı işğaldan qurtarmamızı həzm edə bilməmələri az rol oynamır”.

Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanlara çox ağır  xəstələr gəlir"

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bu mövzudan bəhs edərkən öncə bir sıra maraqlı faktları açıqladı: “Beynəlxalq İnkişaf Üçün Birləşmiş Ştatlar Agentliyi (USAİD) 1961-ci ildə, ona qədər mövcud olan İqtisadi Əməkdaşlıq İdarəsinin bazasında yaradılıb və üzdə olan məqsədi xarici ölkələrə yardım etməkdir. Nizamnaməsində göstərilir ki, "Agentliyin əsas iş sahələrinə ticarət, kənd təsərrüfatı, iqtisadi artım, səhiyyə, təcili humanitar yardım, münaqişələrin qarşısının alınmasına yardım və dünyanın inkişaf etməkdə olan ölkələrində demokratiyanın dəstəklənməsidir". Rəhbəri və müavini ABŞ senatı ilə razılaşmaqla prezident tərəfindən təyin olunan bu qurumun işini ABŞ Dövlət Deparamenti əlaqələndirir. Təəssüf ki, bu qurum yarandığı gündən beynəlxalq inkişafa və nizamnaməsində yazıldığı kimi, digər ölkələrdə “demokratiyanın dəstəklənməsinə” xidmət etmir. Bu qurumun məqsədi digər ölkələri ABŞ dövlətinin maliyyə, iqtisadi və siyasi təsiri altında saxlamaqdır. Bu təsir altına düşməyən ölkələrdə isə “Yumşaq güc” (soft power) və ya “yumşaq təsir” və “Sərt güc” (hard power) vasitələrindən istifadə etməklə hakimiyyətləri dəyişmək və xaos yaratmaqla öz təsiri altına almaqdır".

S.Məmmədov əminliklə bildirdi ki, bu qurumun Azərbaycanda da dərin kökləri var və o, bütün sferalara nüfuz edə bilib: “Fəaliyyəti son illərdə bir qədər məhdudlaşsa da - USAİD-dən birbaşa maliyyələşən bir neçə ABŞ təşkilatının Azərbaycandakı fəaliyyəti dayanıb - həm legitim yolla, həm üçüncü ölkələr vasitəsilə Azərbaycanda nüfuz dairəsində saxladığı təşkilatları maliyyələşdirməkdə davam edir. Bu təşkilatlar içərisində hakimiyyətlə sıx əməkdaşlıq edən qurumlar da var. Yuxarıdakıları ona görə qeyd etdim ki, USAİD-in Azərbaycana münasibəti həmişə eyni olub, onun rəhbərinin kim olmasından asılı olmayaraq. Azərbaycan ABŞ-la hərbi əməkdaşlıq və NATO proqramlarında daha yaxından iştirak zamanı bu qurum özünü, sadəcə, üzdə Azərbaycanla "sıx əməkdaşlıq edən təşkilat" kimi göstərib. Nə USAİD, nə onun birbaşa maliyyələşdirdiyi “Freedom House” tipli ABŞ GONGO (hakimiyyətə bağlı QHT) təşkilatları Azərbaycan əraziləri işğal altında olanda, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədilərkən, Azərbaycan xalqının mədəni irsi, təbiəti məhv edilərkən, infrastrukturu dağıdılarkən heç zaman səsini nəinki çıxarmayıb, əksinə, anti-Azərbaycan mövqeyi sərgiləyiblər. İndiki rəhbər xanım Samata Pauer isə erməni lobbisi ilə yaxınlığı ilə seçilən və qatı anti-Azərbaycan mövqelidir. Bu baxımdan həm onun, həm ABŞ Konqresinin hər iki palatasının bəzi üzvlərinin, Dövlət Departamentinin ayrı-ayrı vəzifəli şəxslərinin indiki ritorikası daha sərtdir və bu da Azərbaycanın əldə etdiyi zəfərin nəticəsidir". O ki qaldı erməni mənşəli əhalinin zorla köçürülməsi, yəni “deportasiyası” ilə bağlı bu qurumun və ABŞ-ın bəzi dairələrinin hay-küyünə, STM-in icraçı direktoru hesab edir ki, bunun digər səbəbləri də var: “Onlar Ermənistanı Rusiyadan qoparmaq və öz nüfuz dairəsinə daxil etmək istəyirlər. Bu isə olduqca çətin bir məsələdir, həmçinin regionda stabilliyə və sülhə xidmət etmir. Çünki Rusiya Ermənistanda çox möhkəmlənib və oranı tərk etmək fikrində deyil. Ermənistanın ağılsız rəhbərliyi isə bir-birinə zidd, heç bir nəticəsi olmayan qərarlar qəbul etməklə prosesi bir qədər də mürəkkəbləşdirirlər. Ermənistanın Beynəxalq Cinayət Məhkəməsinin Statutuna qoşulması da uzağı görməyən və hipotetik istəklərin nəticəsidir”.

Ekspertimiz hesab edir ki, bu halda Azərbaycan adekvat tədbirlər görməlidir: “USAİD-in Azərbaycandakı fəaliyyətinə xitam verilməsinə hələlik real baxmıram. Amma münasibətlərin kəskinləşməsi fonunda bu da baş verə bilər. Bütün hallarda əvvəlki məhdudiyyətlərin ciddi nəticəsi olmadı, əksinə, USAİD-in birbaşa maliyyələşdirdiyi NED (sərt təsir donoru) Azərbaycanın daxilində və onun hüdudlarından kənarda anti-Azərbaycan layihələrini maliyyələşdirməkdə davam edir. "Yumşaq güc" və ya “yumşaq təsir” mexanizmləri isə öz işindədir. USAİD-in loqotipində “Amerika xalqından” sözləri yazılıb. Təəssüf ki, zəhmətkeş ABŞ xalqının vergiləri bu gün inkişafa və demokratiyaya deyil, xaosa, “məxməri” və “məxməri olmayan inqilablara”, çaxnaşmalara sərf olunur". S.Məmmədov digər mühüm məqama da diqqət çəkdi: “Yeri gəlmişkən, ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında hələ 90-cı illərdə imzalanmış müqaviləyə görə, ABŞ dövlət qrantları hər cür vergi və sosial ödəmələrdən azaddır”.

“Qarabağı könüllü tərk edən ermənilərlə selfi çəkdirib, hay-küy salan USAİD təmsilçiləri daxil olmaqla, bir sıra beynəlxalq təşkilat rəhbərləri bir dəfə də olsun Ermənistan işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərə nəinki baş çəkdilər, 30 il müddətində bir dəfə də olsun onların taleyindən danışmadılar”. Bu fikirlər isə deputat Vüqar Bayramova məxsusdur. Millət vəkili ardınca bildirib: “1993-cü ildə Qarabağda yerləşən kəndimiz Ermənistan tərəfindən işğal olundu və həyatımın 10 ilini bu yataqxanada keçirdim. 30 illik Ermənistan işğalı nəticəsində tamamilə dağıdılan kəndimizdən isə qalan sadəcə, xarabalıqlardır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR