İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məşhur restoranda baş vermiş yanğın söndürüldü VİDEO YENİLƏNİB

808 14.03.2025 11:00 Hadisə A A

Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki,  "Əhmədli" metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

***

Bakıda "Boranı" restoranında yanğın başlayıb.

Hadisə mağazalar şəbəkəsinin "Əhmədli" metrostansiyası yaxınlığında olan filialında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğındansöndürən texnikası cəlb olunub.

FHN-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək".

Error loading media: File could not be played
00:00
00:00
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR