Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılmasını təsdiqləyib, lakin bundan əvvəl Macarıstanın tələbi ilə 3 nəfər məhdudiyyətlər siyahısından çıxarılıb.
Musavat.com xəbər verir ki, Bloomberg-in məlumatına görə, Aİ artıq martın 14-də başa çatacaq yazılı təsdiq proseduruna başlayıb. Bundan sonra sanksiyalar daha 6 ay uzadılacaq.
Nəşrin mənbələri məhdudiyyətlərin götürüldüyü rusiyalıların adlarını açıqlamır. Qeyd olunur ki, Macarıstan əvvəlcə 8 nəfərin ölkədən çıxarılmasında israr edib və bunu sanksiyalar rejiminin uzadılmasına dəstək ilə əlaqələndirib. Daha sonra Lüksemburq da oxşar tələblərlə çıxış edərək, “Alfa Group”un təsisçisi Mixail Fridmanın siyahıdan çıxarılmasını təklif edib. Lakin Bloomberg-in məlumatına görə, bu təşəbbüs dəstəklənməyib və Fridman sanksiyalar altında qalacaq.
Əvvəllər Macarıstan öz mövqeyini milli iqtisadi maraqların qorunması zərurəti ilə əsaslandıraraq, anti-Rusiya sanksiyalarını yumşaltmaq üçün dəfələrlə veto hüququndan istifadə edib.
Musavat.com