Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın “dərhal atəşkəs” çağırışına qarşı çıxıb və əlavə təminatlar tələb edib.
Musavat.com xəbər verir ki, o, Ukraynanın ABŞ-ın təzyiqi ilə atəşkəsi qəbul etdiyini bildirib.
"Ukrayna amerikalılardan israrla atəşkəs istəməli oldu" - Putin deyib.
Bundan başqa, Kremldən verilən açıqlamada: "Rusiya konstitusiyasında da var. Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk, Luqansk Rusiyanın bölgələridir", - qeyd edilib.
Rusiyanın şərtlərinə Ukraynanın tərksilah edilməsi, həmçinin NATO sülhməramlıların Kiyevə dəstəyinin dayandırılması daxildir.
Musavat.com