İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürəyi tutub ölən sürücü qəzaya səbəb oldu

839 13.12.2023 02:09 Hadisə A A

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Maştağa-Kürdəxanı şosesində qeydə alınıb.

1971-ci il təvəllüdlü Həsənov Abbas İsrail oğlu idarə etdiyi “VAZ-2107” markalı maşını işıq dirəyinə çırpıb. Avtomobilə yüngül zərər dəyib. Sürücü isə sükan arxasında ölü aşkarlanıb.

Əraziyə cəlb olunan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün meyidini müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon şöbəsinə təhvil verib. Ekspertlər müəyyən edib ki, sürücü qəza keçirmədən öncə infarkt keçirərək ölüb.

Fakt araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR