İnsanlara hürriyət, millətlərə istiqlal!

Ülviranın maşınına oğru girdi, görün nəyi apardı - FOTOLAR

1207 08.09.2022 16:05 Hadisə A A

Tanınmış aparıcı Ülvira Qarayevanın maşınına oğru girib.

O bu barədə instaqram hesabında məlumat verib.

“Səhərüzü məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınından bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar”, - o yazıb.

Qarayeva hadisə yerinə polis çağırıldığını bildirib:

“Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar. Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb gedəcəksən?”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR