İnsanlara hürriyət, millətlərə istiqlal!

Ulduz futbolçunun avtomobili tramvayla toqquşdu - Qızı da maşında olub - FOTO

816 16.04.2023 19:12 Hadisə A A

İtaliya millisi və "Latsio" klubunun futbolçusu Çiro İmmobile ağır yol qəzasına düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Dailystar" məlumat yayıb.

Bu gün paytaxt Romada baş verən qəza zamanı 33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb.

Qəza zamanı həm avtomobil, həm də tramvaya ciddi ziyan dəyib.

Hadisə zamanı İmmobilenin qızı da avtomobildə olub. Onlardan heç biri xəsarət almayıb.

Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR