İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya 50 milyardlıq kredit ABŞ-la Avropanı "dalaşdırdı"

655 12.06.2024 12:35 Dünya A A

ABŞ və Avropa hökumətləri arasında Ukraynaya 50 milyard dollarlıq nəhəng kreditin verilməsi planı ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

 Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri prosesdən məlumatlı olan Avropa məmurlarına istinadən məlumat yayıb.

Materiala görə, iş o yerə gəlib çıxıb ki, bu həftə G7 sammitindən sonra danışıqlar baş tutmayacaq.

Jurnalistlərin fikrincə, dünyanın yeddi aparıcı iqtisadiyyatının liderləri İtaliyada toplaşarkən, Amerikalıların görüşün Qərbin Ukraynaya dəstəyinin nümayişi olacağına ümidləri, görünür, Avropanın artan qıcıqlanması ilə puç olub.

Yüksək səviyyəli avropalı diplomatlardan biri nəşrə deyib:

“Vaşinqton təklif edir: “Biz - ABŞ - kredit götürürük, Avropa bütün riskləri öz üzərinə götürür, siz (Avropa) faizi ödəyirsiniz və biz (ABŞ) bu pulu ABŞ-Ukrayna fondu üçün istifadə edirik. Biz axmaq ola bilərik, amma o qədər də axmaq deyilik”.

Altı yüksək rütbəli diplomat və məmur Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun prezident Co Baydenə Amerikanın Avropanın kredit üçün zamin kimi çıxış etməsi təklifini rədd etdiklərini deyəcəklərini söyləyib.

Materialda qeyd olunur: “Avropa hökumətləri ABŞ-ın planından açıq-aşkar qıcıqlanır və onların fikrincə, əgər işlər pis getsə, ABŞ şirkətləri potensial olaraq ən çox fayda əldə edə bilsələr, kreditlərin qaytarılmasında çətinlik çəkəcəklər”.

Bundan əlavə, noyabrda keçiriləcək seçkidə qalib gəlsə, Donald Trampın bu təşəbbüsü dəstəkləyəcəyinə əminlik yoxdur.

Üç rəsmi bildirib ki, yekun razılaşma ən azı payıza qədər təxirə salınacaq.

G7 liderlərinin Ukraynaya kredit verilməsi ilə bağlı ümumi ideyanı dəstəkləyəcəkləri gözlənilsə də, onların hər hansı təfərrüatda razılaşa bilməsi ehtimalı azdır.

Müəlliflər xatırladırlar ki, yardım göstərmək üçün Vaşinqton Ukraynaya hər il Rusiya aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcək 50 milyard dollar kredit ayırmağı təklif edib. AB və ABŞ nəzəri olaraq planla razılaşırlar, lakin işlərin səhv getdiyi təqdirdə riskləri kimin qarşılayacağı ilə bağlı fikir ayrılığı var.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR