İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın itkiləri artır, vəziyyət dəyişdi – Erkin Qədirli ilə “Canlı debat”

1052 02.06.2022 14:04 Gündəm A A

Rusiya Müdafiə Nazirliyi Ukraynanın müharibədəki itkilərini açıqlayıb.

Modern.az xəbər verir ki, nazirliyin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, xüsusi hərbi əməliyyat zamanı 130-a yaxın Ukrayna hərbi helikopteri məhv edilib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 186 təyyarə, 129 helikopter, 1084 pilotsuz uçuş aparatı, 327 zenit-raket kompleksi, 3373 tank və digər zirehli döyüş texnikası, 460 reaktiv yaylım atəşi sistemi, 1752 səhra artilleriya və minaatan silahlar, həmçinin 3350 ədəd xüsusi hərbi maşın məhv edilib”, - Konaşenkov bugünkü brifinqdə bildirib.

İqor Konaşenkov deyib ki, Rusiya aviasiyası son sutka ərzində 240-a yaxın ukraynalı millətçini məhv edib.

“Ümumilikdə hava zərbələri nəticəsində 240-a qədər millətçi zərərsizləşdirilib”, - Konaşenkov vurğulayıb.

Onun sözlərinə görə, pilotsuz təyyarələr Ukrayna ordusunun canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 15 əraziyə zərbələr endirib.

Bu və gündəmdəki digər xəbərləri millət vəkili Erkin Qədirli ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR