İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada müharibəni o durdura bilər

2396 01.07.2023 13:18 Gündəm A A

 

Matteo Zippi Mozambikdə vətəndaş müharibəsinə son qoyan danışıqlarda vasitəçilərdən biri olub, kürd separatçıları ilə Türkiyə hökuməti arasında aparılan danışıqlarda da iştirak edib

Roma Papasının Ukrayna üzrə xüsusi elçisi kardinal Matteo Zuppi iyunun 28-də Rusiya səfər edib. Qeyd edək ki, Zuppi iyunun əvvəlində Kiyevə səfər edib və prezident Vladimir Zelenski ilə görüşüb.

  Musavat.com rəsmi məlumatlara istinadən xəbər verir ki, italyalı kardinalın Moskvada apardığı danışıqların məzmunu “humanitar məsələlər”dən ibarət olub. Onun Rusiya  Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla görüşdüyü haqda məlumat var.  Bundan başqa Roma Papasının xüsusi nümayəndəsi Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya ilə görüşüb. Onunla söhbətdə Rusiyada 19 mindən çox ukraynalı uşağın problemi ilə bağlı olub. Bu uşaqların bir çoxu valideynləri ilə əlaqəni kəsərək uşaq düşərgələrinə aparılıb, bəziləri isə Rusiya himayədar ailələrində yaşayırlar.  

6666.JPG (83 KB)

Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Zuppi Moskvada heç bir konkret razılaşma əldə etməyib, lakin dialoqun davam etdirilməsi üçün əsas var.

Kardinal Matteo Maria Zuppinin 66 yaşı var, Romada anadan olub və Papalıq Lateran Universitetini bitirib. 25 yaşında keşişdir, Roma Baş Yeparxiyasında xidmət edib. 2012-ci ildə Zuppi Roma Yeparxiyasının köməkçi yepiskopu təyinatı alıb, 2015-ci ildə Papa Fransisk onu Bolonya arxiyepiskopu təyin edib. 2019-cu ildə Zuppi kardinal olub və ötən  ilin mayında İtaliya Katolik Yepiskoplarının Konfransına da o rəhbərlik edir. Bu ilin mayından isə Frensis onu Ukraynada sülhün nizamlanması üzrə xüsusi nümayəndəsidir. 

Bundan əvvəl də o, Müqəddəs Taxt-tacın beynəlxalq münaqişələri həll etmək üçün tapşırıqlarını icra edib. O, 1992-ci ildə Mozambikdə döyüşən qruplar arasında sülhlə başa çatan və bu ölkədə vətəndaş müharibəsinə son qoyan danışıqlarda dörd vasitəçidən biri olub. Kürd  separatçıları ilə Türkiyə hökuməti arasında aparılan danışıqlarda da iştirak edib. Eləcə də İspaniyada Bask separatçıları və İspaniya hökuməti arasında da vasitəçi olub.  

Vatikan ənənəvi olaraq müharibə edən dövlətlərin və ya xalqların barışdırılmasında iştirak etsə də, danışıqların  detalları haqda açıqlamalarda həmişə xəsislik edir.  Yalnız o  məlumdur ki, Roma Papasının Ukrayna ilə bağlı sülh planında digər oxşar təşəbbüslərdən fərqli olaraq, danışıqların başlanması üçün ilkin şərt kimi atəşkəs tələbini nəzərdə tutmur.  

Ola bilsin ki, bu yanaşma Kiyevdən daha çox indi Moskvada müsbət qarşılanır. Rusiya  xarici işlər nazirinin müavini Aleksandr Qruşko “biz Vatikanın balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk” deyib. 

8888.JPG (47 KB)

Zuppinin Kiyevə səfərində onu prezident Zelenski qəbul edib, amma Ukrayna elitası və cəmiyyəti Vatikanın səylərinin uğurlu alınacağına şübhə ilə qarşılayır.

Papa Fransisk də Ukraynada sülhüm əldə edilməsi istiqamətində fəaliyyətini davam etdirir.  O, Vatikanda Braziliya prezidenini və Kubanın dövlət başçısını qəbul edib. Hər ikisinin Moskvaya səfər dəvətləri var, lakin eyni zamanda Qərb liderləri ilə əlaqə saxlayırlar və  Ukrayna müharibəsini bitirmək üçün öz variantlarını təklif edirlər. 

Papa Fransisklə daimi təmasda olan və onun tərəfindən “sülh səfiri” təyin edilən Dünya Köhnə Möminlər Birliyinin rəhbəri Leonid Sevastyanov əmindir ki, böyük beynəlxalq qurumların acizliyi qarşısında yalnız Vatikan danışıqlara başlamaq üçün lazımi şərtləri və formatı təmin edə bilər. Onun sözlərinə görə, Zuppinin missiyası sayəsində danışıqlar aparan komandaların konturları ortaya çıxmağa başlayıb. 

Orxan ƏLİYEV, 
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR