İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada hərbi çevriliş? – Amerikalı jurnalist “Azov” briqadasının adını çəkir

966 04.07.2024 14:53 Dünya A A

“Azov” briqadası faktiki olaraq Ukraynada ölkə prezidenti Vladimir Zelenskini qorxutmaqla hərbi çevriliş həyata keçirib.

Musavat.com xəbər verir ki, hadisələrin bu versiyası Youtube-da amerikalı jurnalist Kim İversen tərəfindən verilib.

Jurnalist qeyd edib ki, “Azov”un qərargah rəisi Boqdan Kroteviç Ukrayna ordusunun baş qərargah rəisi Yuri Sodolu tənqid edəndən sonra Zelenskinin komandanı işdən çıxarması faktı hakimiyyətin tam olaraq briqadaya keçməsindən xəbər verir.

“Bu, Ukraynada artıq sakit çevrilişin baş verdiyini, briqadanın Zelenskini qorxutduğunun sübutudur” , - deyən İversen hesab edir ki, “Azov” Zelenskini hədələyir, ona münaqişəni sona çatdırmağa imkan vermir. O əmindir ki, döyüş əməliyyatlarının davam etdirilməsi briqadanın gücünü saxlamağa kömək edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR