İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada futbolçular qadın hakimə hücum etdilər - VİDEO

583 10.04.2023 19:25 Hadisə A A

Ukrayna I Liqasında keçirilmiş “Jitomir” - “Metallurq” oyununda xoşagəlməz hal yaşanıb.

Oxu.Az xəbər verir ki, matçın sonlarında qonaq komandanın futbolçuları qarşılaşmanı idarə edən qadın hakim Sofiya Priçinaya hücum ediblər.

Buna referinin “Metallurq”un lehinə penalti təyin etməməsi səbəb olub. 90-cı dəqiqədə komanda üzvlərindən biri rəqibin cərimə meydançasında yerdə qalıb. Futbolçular 11 metrlik penalti tələb etsələr də, hakim davam işarəsi verib. Bundan sonra “Metallurq” oyunçuları onu dövrəyə alaraq sərt şəkildə etiraz bildiriblər. Hətta futbolçulardan biri - Vadim Çervard referini itələyib. Bu hərəkətinə görə hakim futbolçunu qırmızı vərəqə ilə meydandan qovub.

Sözügedən görüş “Jitomir”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR