İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada əcəl zəngi kimin üçün çalınır? "Dərin təhlil" CANLI

1429 18.03.2022 20:00 Gündəm A A

Rusiya – Ukrayna savaşının "hərb və sülhü" qabaqdadır. Politoloqlar, şərhçilər, siyasətçilər "rasional", "praqmatik" təhlillər aparır, proqnozlar verir, diskussiyalara girişirlər.

Aydın olan budur ki, "Əcəl zəngi" artıq ölmüşlərə yox, öləcəklərə, silinəcəklərə, məhv ediləcəklərə - bir sözlə, olacaqlara çalınır.

Mövzumuz da məhz bunlardır:

- "Əcəl zəngi" Zelenskiyə, yoxsa Putinə, müstəqil Ukraynaya, yoxsa Rusiya imperiyasına çalınır? Kollektiv Qərb, yoxsa Rus dünyası məhv olacaq?

- Bu savaşda tamamilə effektsizliyi aşkar olan başda BMT, onun Təhlükəsizlik Şurası (Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvlük institutu ilə birlikdə), Avropa Şurası, ATƏT və bu kimi qurumlar daxil müasir beynəlxalq təhlükəsizlik sistemi məhv olurmu, dəyişirmi, əvəzlənirmi, tarix olurmu?

- Bu sırada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dünya 5-dən böyükdür" formulu gerçəkləşəcəkmi? Beynəlxalq təhlükəsizlik sisteminin yeni konfiqurasiyası yaranır? Bu təhlükəsizlik sistemində Türkiyənin, Azərbaycanın, ümumən Türk dünyasının yeri necə olacaq? Necə olmalıdır və bunun üçün nələr edilməlidir? Hər şey müəyyən modifikasiyalarla mahiyyətcə əvvəlki kimi qalacaq?

- Çoxqütblü dünya düzəni reallaşmamış məhv oldu?

- Təkqütblülük (total qloballaşma) yenidənmi təntənəsini yaşayır?

- Milli dövlətlər erası başa çatırmı? Kürəsəl imperiyayamı doğru gedirik?

- Çoxqütblülük (o cümlədən bir neçə imperiyanın yaranması) prosesi davam edəcəkmi?

- Beynəlxalq hüquq ortadan qalxırmı? Nə ilə əvəz oluna bilər? Yoxsa daha da inkişaf edib güclənəcək?

- Rusiya tamyetərli geopolitik sistem kimi sıradan çıxarsa, bu, postsovet məkanı ölkələrinə, o cümlədən Türkiyə və Azərbaycanın taleyinə necə təsir göstərəcək?

Bütün bunları müzakirə etmək üçün "Dərin təhlil"in studiyasına tanınmış simaları çağırmışıq.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun moderatorluğu ilə canlı yayınlanan analitik verilişin qonaqları YAP-çı deputat, Milli Məclisin komitə üzvü Vüqar İskəndərov, ReAl idarə heyətinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli, Milli Məclisin deputatı,  Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir.

Müzakirələrdə oxucularımız və izləyicilərimiz də iştirak edə bilərlər. Bunun üçün aşağıdakı linklər vasitəsilə canlı yayına keçid edib efirə qoşulun.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR