İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna və İsraildəki münaqişələrə görə BU ÖLKƏ günahkardır” - Zelenskidən İLGİNC AÇIQLAMA

2404 09.10.2023 16:10 Son xəbər A A

Ukrayna prezidenti Vladimir Zelenski HƏMAS-ın İsrailə hücumunu Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqələndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna lideri hər iki münaqişə ilə bağlı İranı tənqid edib.

“Yeganə fərq odur ki, İsrailə terror təşkilatı, Ukraynaya isə başqa bir dövlət hücum edir. Bildirilən niyyətlər fərqlidir, amma mahiyyət eynidir”, - deyə Zelenski Kopenhagendə NATO Parlament Assambleyasında videobağlantı vasitəsilə müraciətində bildirib.

“İran əgər Rusiyaya “Şahid”lər satırsa, Ukraynada baş verənlərlə heç bir əlaqəsi olmadığını deyə bilməz. Eyni zamanda İran rəsmiləri İsraildə baş verənləri dəstəklədiklərini bəyan edirlərsə, İsraildə baş verənlərlə heç bir əlaqəsi olmadıqlarını deyə bilməzlər”, - deyə Zelenski qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR