İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın Qara dəniz limanlarını mühasirəyə alır - İLGİNC gəlişmə VİDEO

1671 05.08.2023 18:22 Son xəbər A A

Ukrayna Rusiyanın Qara dəniz sahillərində yerləşən bütün limanlarını hərbi təhlükə mənbəyi elan edib.

Musavat.com xəbər verir ki, söhbət Novorossiysk, Gəlincik, Tuapse, Anapa, Soçi və Tamandan gedir.

Bununla da Ukrayna adı çəkilən limanlara mülki gəmilərin girişini qadağan etmiş olur. Beləliklə, Rusiyanın və eləcə də Qazaxıstanın Novorossiysk limanından neft ixracına çox böyük təhdid formalaşmış olur.

Xatırladaq ki, Rusiya ötən ilin fevralında Ukraynaya hücum edərkən onun Qara dənizdəki limanlarını hərbi təhlükə mənbəyi elan etməklə onları faktiki olaraq mühasirəyə almışdı. 2022-ci ilin iyulunda əldə olunan İstanbul razılaşmasından sonra yalnız Odessa, Nikolayev və Cənub limanlarından kənd təsərrüfatı məhsullarının ixracına icazə verildi. Rusiya bu il iyulun 17-də Taxıl razılaşmasında iştirakını dayandırdıqdan sonra adları çəkilən limanlara gələcək bütün növ gəmiləri hərbi təhlükə mənbəyi elan etdi.

Ukraynanın son addımları Rusiya üçün çox böyük zərbə hesab oluna bilər. Belə ki, avqustun 4-də Novorossiysk limanında böyük desant gəmisinin, 5-də isə Kerç boğazı ətrafında hərbi məqsədlə istifadə olunan tankerin vurulmasından sonra Ukraynanın Rusiya limanlarını hərbi təhdid mənbəyi elan etməsi bu limanlarla ticarəti mümkünsüz hala gətirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR