13 noyabr gecəsi Ukrayna Müdafiə Qüvvələrinin bölmələri onlarla Rusiya hədəfinə kütləvi zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücumlarda müxtəlif növ raketlər və döyüş dronları, o cümlədən yerli istehsal olan “Flamingo”, “Bars” və “Lyutıy” istifadə olunub.
Baş Qərargahın açıqlamasında bildirilib ki, Krımda “Dəniz Neft Terminalı”nın anbarı, helikopter dayanacağı və “Kirovskoe” hava limanındakı döyüş dronlarının mövqeləri hədəf alınıb, həmçinin Yevpatoriya ərazisində hava hücumundan müdafiə üçün radar stansiyası vurulub.
Bundan əlavə, Berdyansk ətrafında Rusiya qoşunlarının neft bazası və komanda məntəqələri də məhv edilib. Baş Qərargah qeyd edib ki, zərbələr Rusiyanın ərazisindəki hədəflərə də dəyib.
Musavat.com






