İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna-Rusiya danışıqlarında gərginlik! Putindən ağır şərtlər - CANLI

2334 14.03.2022 15:24 Gündəm A A

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutub. Bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, havada zərərsizləşdirilən raketin qalıqları paytaxtın tarixi Kurenyovka rayonuna düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Həmçinin ərazidəki trolleybus da tamamilə məhv olub. Nəqliyyat vasitəsi boş olub.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna və Rusiya nümayəndə heyətlərinin videoformatda görüşünün çətin şəraitdə davam etdiyini bildirib. O, bu barədə tviter səhifəsində yazıb.

"Tərəflər artıq mövqelərini daha dəqiq şəkildə ifadə edirlər. Ünsiyyət çətindir, amma gedir. Anlaşmazlığın səbəbi siyasi sistemlərimizin fərqliliyidir", - Podolyak qeyd edib.
TVMusavat-ın saat 15:30-da canlı efirində “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxanla Ukrayna böhranını müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR