Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə üzərində 301 ədəd Ukrayna PUA-sını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Rostov, Tambov, Tver, Tula, Smolensk, Moskva, Krım, Krasnodar diyarı, Azov və Qara dənizləri üzərində vurulub.
Hazırda Rusiya payıza yaxın başlayacağı gözlənilən kütləvi səfərbərliyə hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko bildirib.
Onun sözlərinə görə, may-iyun aylarında Rusiya ordusu Ukraynada döyüş meydanında böyük itkilər verib və yeni çağırışçıların cəlb olunması üzrə planlardan ciddi şəkildə geri qalır.
P.Andryuşenko qeyd edib ki, Penza şəhərində və vilayətində həqiqətən də blokpostlar və yoxlamalar təşkil olunub, lakin bu, kütləvi məcburi səfərbərliyin başlandığını göstərən sensasiya deyil.
Andryuşenkonun sözlərinə görə, daha vacib hadisə bir neçə gün əvvəl Volqoqrad vilayətində baş verib. Orada Krım istisna olmaqla, işğal olunmuş bölgələr də daxil, bütün hərbi komissarlıqların əməkdaşları üçün səfərbərlik üzrə təlimlər keçirilib.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:






