İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq

283 13.07.2026 11:17 Ölkə A A
 
Milli Məclisin iclasında “Psixiatriya yardımı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
 
Musavat.com bildirir ki, qanun layihəsi barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
 
Layihəyə əsasən, bundan sonra psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq. Vurğulanıb ki, sənədə əsasən, psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılacaq.
 
Həmçinin, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilə biləcək.
 
Bundan əlavə, həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra iki iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq. Eyni zamanda, dəyişikliyə görə müalicədən imtina edilməsi ilə bağlı məlumatlar da elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.
 
Layihə üçüncü oxunuşda səsvermə ilə qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR