İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Pokrovsku niyə əldən vermək istəmir: Zelenski heyrətamiz səbəbləri açıqladı - YENİ GƏLİŞMƏ

812 09.11.2025 23:30 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski Pokrovska dair ciddi xəbərdarlıq edib və şəhərin siyasi səbəblərdən nəzarətdə saxlanmasının zəruriliyini vurğulayıb.

Musavat.com xəbər verir ki, Zelenski bildirib:

“Bəli, etiraf etməliyəm ki, biz siyasi səbəblərdən dolayı Pokrovsku saxlamalıyıq. Çünki bu şəhəri ruslar işğal edərsə, onlar dünyaya göstərməyə çalışacaqlar ki, onlar qalib gəlirlər. Belə olan halda isə bir çox dövlət bu narrativlərə inana bilər və ən əsası ABŞ belə müharibənin Putinin şərtlərində bitirilməsinə meyillənə bilər. Buna imkan vermək olmaz”.

Prezidentin bu açıqlaması Ukraynanın taktiki qərarlarının yalnız hərbi deyil, həm də strateji-diplomatik ölçüsünü ortaya qoyur. Zelenskinin vurğuladığı ehtiyat Ukraynanın təkcə cəbhədə deyil, qlobal siyasi meydanda da mövqeyinin qorunmasına yönəlib.

Bizə görə, Ukraynanın bəzi əraziləri itirilməsi yalnız xəritədə dəyişikliklər deyil - bu, həm də informasiya müharibəsində simvolik qələbədir. Rusiya üçün belə şəhərlərin ələ keçirilməsi qələbə hekayəsi olaraq təqdim edilə və beynəlxalq ictimaiyyət üzərində təzyiq yarada bilər.

Zelenskinin narahatlığı da məhz budur: düşmənin “qalib” təsəvvürü dünyanın bəzı güclərini həqiqətdən ayıra bilər.

Zelenskinin sözlərinə görə, Pokrovski təkcə taktiki mövqe deyil - onun itirilməsi ABŞ və digər müttəfiqlərin savaşın sonlandırılması ilə bağlı mövqeyinə təsir göstərə bilər. Prezident belə bir ssenarinin Putinin şərtlərini legitimləşdirə biləcəyindən də ehtiyat edir.

Ukrayna rəhbərliyinin bu mesajı müttəfiqlərə həm hərbi, həm də diplomatik dəstəyin vacibliyini xatırladır. Pokrovsk kimi strateji nöqtələrin qorunması yalnız yerli əhəmiyyət daşımır - bu, qlobal narrativin formalaşmasında da önəmlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR