İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusundan UĞURLU ƏMƏLİYYAT

1229 17.09.2023 22:31 Son xəbər A A

Ukrayna ordusu və müdafiə qüvvələri Donetsk vilayətinin Kleşievka kəndini rus işğalçılarından azad ediblər.

Musavat.com xəbər verir ki, “Kleşievka bizimdir! Lyut briqadasının əsgərləri müdafiə qüvvələrindən olan silahdaşları ilə birlikdə azad edilmiş Kleşievka üzərində Ukrayna bayrağını geri qaytardılar”, - deyə hərbi hissədən bildirilib.

Qeyd olunur ki, Ukrayna torpaqlarının rus işğalçılarından azad edilməsi istiqamətində işlər davam edir.

Kleşievkanın azad edilməsini jurnalistlərə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş da təsdiqləyib.

Qeyd edək ki, son həftələr Ukrayna ordusu Baxmut yaxınlığında müəyyən uğurlar əldə edib. Xüsusilə bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələri uğurlu hücum həyata keçirərək Andreevkanı azad edib. Sonradan Baş Qərargah dəfələrlə ukraynalı qırıcıların rusları Kleşievkadan geri qovduğunu və orada uğur qazandığını bildirib.

Sentyabrın 8-də Ukrayna Silahlı Qüvvələrinin mayoru, 3-cü Əlahiddə Briqada komandirinin müavini Maksim Jorin bildirib ki, Baxmut bölgəsində ukraynalı hərbçilər rusları Kleşievkadan sıxışdırıb çıxarırlar və qəsəbənin yarıdan çoxu artıq müdafiə qüvvələrinin nəzarəti altındadır.

Sentyabrın 17-də sosial şəbəkələrdə qəsəbənin işğaldan azad edilməsi ilə bağlı mesajlar yayılmağa başlayıb. Xüsusilə Prezident Aparatının rəhbəri Andrey Yermak Kleşievkada yerləşən məbədin fonunda Lyut və Sunami hücum briqadalarının əsgərlərinin Ukrayna bayrağını tutan fotosunu dərc edib.

Kleşievkanın azad olunması Ukrayna ordusuna Baxmutdakı Rusiya qüvvələrini mühasirəyə almaq imkanı yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR