İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Ordusunda xidmət edən qadınların sayı açıqlandı

1703 09.06.2024 20:35 Dünya A A

Hazırda Ukrayna Silahlı Qüvvələrində 70 minə yaxın qadın xidmət edir.

Musavat.com RBC-Ukraynaya istinadən xəbər verir ki, bu məlumatı Ukrayna müdafiə nazirinin müavini Natalya Kalmıkova açıqlayıb.

Onun sözlərinə görə, onların əksəriyyəti hərbi qulluqçulardır: “Hazırda Silahlı Qüvvələrdə 67 mindən çox qadın var ki, onlardan 19 mini fəhlə, qalanı hərbçidir”.

Nazir müavininin sözlərinə görə, orduda qadınların sayı 2014-cü ildə artmağa başlayıb, lakin müharibədən sonra bu dinamika daha da sürətlənib. Kalmıkova qeyd edib ki, Ukraynada qadınların səfərbərliyi həyata keçirilməsə də, bu tendensiya baş verir.

Eyni zamanda, nazir müavininin sözlərinə görə, indi qadınlar orduda qadın peşəsi sayılmayan peşələri daha çox seçirlər: artilleriya qurğuları, dronlar və s.-lə işləmək: “2018-ci ildə qanunvericilikdə dəyişiklik edilib, qadınlar Ukrayna Silahlı Qüvvələrində vəzifə tutmaq hüququ əldə ediblər... Təəssüf ki, bizdə hələ də qadınların hərbi vəzifədə irəli çəkilməsi ilə bağlı problem var. İndi biz bu problemi həll etməyin yollarını axtarırıq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR