İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobus sürücüsü xəttə içkili çıxıb? - VİDEO

560 29.07.2024 11:06 Hadisə A A

Bakıda sərnişin avtobusunun sürücüsünün xəttə içkili halda çıxdığı iddia edilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Qeyd olunu ki, sözügedən hadisə 77 saylı marşurut xətti üzrə hərəkət edən avtobuslardan birində qeydə alınıb. 

Şikayətçinin sözlərinə görə, dünən sərnişinlər Yeni Yasamalda axsham saat 21:30-dan etibarən 45 dəqiqə 77 saylı avtobusu gözləyiblər.

"Avtobusu kafelərdən birinin yanında saxlatmışdılar, sürücüsü yox idi. 45 dəqiqədən sonra sürücü ilə dispetçer gəldi. Dispetçer o qədər içmişdi ki, ayaq üstdə dayana bilmirdi. Sürücünün isə ayıq-olub olmamasından xəbərim yox idi. Sərnişinlər etirazını bildirəndə dispetçer onlarla dava etməyə başladı. Hətta dispetçer etiraz edənlərin birinin dayanacaqda düşməyini gözləyib, onunla bir yerdə düşdü. İstədi ki sərnişinlə əlbəyaxa dava etsin, imkan vermədilər.  Bu zaman sürücü də avtobusdan düşüb, həmin o etiraz edən sərnişinlə mübahisə etməyə başlayıb", - deyə şikayətçi qeyd edib.

Sözügedən görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR