İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu Xersona girir: Rusiya ABŞ raketləri ilə vurulacaqmı? CANLI

1240 01.06.2022 15:51 Gündəm A A

Ukrayna Prezidenti Volodimir Zelenski isə Ukrayna qüvvələrinin cənubdakı Xerson şəhəri yaxınlığında müəyyən uğur əldə etdiyini, Kiyevdən şərqdə, Xarkov vilayətində irəlilədiyini bildirib.

“Rusiya ordusunun avadanlıq və say baxımından əhəmiyyətli üstünlüyünə baxmayaraq, müdafiəçilərimiz böyük cəsarət göstərirlər və cəbhədəki vəziyyəti idarə edirlər”, – Zelenski gecə çıxışında bildirib. Zelenski deyib ki, hər gün cəbhədə 60-100 arası əsgərimiz həlak olur.

Moskva Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevin ABŞ-dan alınacaq reaktiv yaylım atəşi raket sistemlərinin Rusiya ərazisinə hücum etmək üçün istifadə etməyəcəyi barədə sözlərinə inanmır. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisinin sözlərinə görə, ABŞ tərəfindən yaylım atəşi raket sistemlərinin tədarükü Ukraynadakı yanğına yağ tökmək deməkdir.
TVMusavat-ın canlı efirində “Həftə içi”nin qonağı politoloq Vaqif Hüseynlə Ukraynadakı son vəziyyəti müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR