Musavat.com xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin Kupiansk şəhərində meriya binasını işğalçı qüvvələrdən tam təmizləyərək üzərində Ukrayna bayrağını qaldırıb.
Xüsusi əməliyyatı daha əvvəl şəhərin blokadasını yarmağı bacaran Milli Qvardiyanın “Xartiya” adlı 2-ci korpusunun hərbçiləri həyata keçirib. Əməliyyatın videogörüntüləri də yayımlanıb.
“Xartiya” bölməsinin açıqlamasında bildirilib ki, hazırda Kupyansk şəhərində işğalçılara qarşı son təmizləmə mərhələsi aparılır. Qeyd olunur ki, bu şəhər Rusiya rəhbərliyinin iddialarına baxmayaraq, real döyüş meydanında Ukrayna qüvvələrinin nəzarəti altındadır.
Musavat.com






