İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu ilə bağlı SENSASİON açıqlama

1203 07.08.2023 15:34 Son xəbər A A

Rusiya tərəfindən işğal edilmiş Krımı materiklə birləşdirən Çonqar və Geniçesk körpülərinə edilən raket zərbələri gələcək əks-hücumlar üçün zəmin yaradır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertləri bildiriblər.

Qeyd edək ki, zərbələr avqustun 6-da rus qoşunlarını təchiz edən iki əsas yol körpüsünə endirilib. Nəticədə Rusiya qüvvələri nəqliyyatın hərəkətini qısamüddətli şərq marşrutlarından daha uzun müddətə başa gələn qərb marşrutlarına yönləndirməyə məcbur olub. Bu isə əhəmiyyətli logistik pozuntular yarada bilər.

Rusiya mənbələrinin iddiasına görə, Ukrayna əsgərləri körpüləri vurmaq üçün Britaniya və Fransanın birgə istehsalı sayılan “Storm Shadow” qanadlı raketlərindən istifadə edib. Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən bu raketlərin yaxalanması olduqca çətindir. İyulun 29-da Ukrayna hərbçilərinin zərbə vurduğu Çonqar körpüsünün, o cümlədən onun dəmir yolu hissəsinin hansı müddətə təmir olunacağı bəlli deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR