İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsinin əsas ideoloqu Gerasimov kimdir?

4753 12.03.2022 11:51 Gündəm A A

Bir sıra xarici hərbi mütəxəssislər Baş Qərargah rəisini yeni nəsil müharibə konsepsiyasının əsasını təşkil edən "Gerasimov doktrinası" nın yaradıcısı hesab edirlər

Onu Rusiya-Ukrayna müharibəsinin əsas “anti-qəhrəmanı” hesab edirlər. O isə 2016-cı ilin may ayında sinəsində Rusiyanın ən yüksək dövlət mükafatını – Rusiya Qəhrəmanı ulduzunu daşıyır. Bir sıra xarici hərbi mütəxəssislər onu yeni  nəsil müharibə konsepsiyasının əsasını təşkil edən "Gerasimov doktrinası" nın yaradıcısı hesab edirlər. Bu da təsadüfi deyil. Çünki müharibələri nazir deyil, silahlı qüvvələrin Baş Qərargahları hazırlayır və yönəldir.         

2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi və Ukraynanın şərqindəki silahlı münaqişəyə görə  onun adı Avropa Birliyinin sanksiyalar siyahısına  daxil edilib.  2015-ci ilin avqustunda isə Ukrayna Hərbi Prokurorluğu onu "Donbasdakı müharibənin əsas ideoloqu" elan edib. Kiyevin Şevçenkovski Rayon Məhkəməsi onun və daha 10 zabitin qiyabi həbsi barədə qərar çıxarıb.  O, bir neçə dəfə Bakıda NATO generalları ilə də görüşüb.

Söhbət Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovdan gedir...  

1878362.jpg (40 KB)

Tankçı kazanlı   

Valeri Gerasimov 1955-ci ilin 8 sentyabrında  Kazan şəhərində fəhlə ailəsində anadan olub.  Tatarıstanda yerləşən Suvorov Hərbi Məktəbini, Ali Tank Komandanlıq Məktəbini, Tank qoşunları Hərbi Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

Sovet dövründə Gerasimovun tərcümeyi-halında "qaynar nöqtədə" xidmət etməyib. Sovet qoşunu Əfqanıstanda olan zamanı o,   Polşada, Uzaq Şərq Hərbi Dairəsində, Baltikyanı Hərbi Dairəsində müxtəlif vəzifələrdə çalışıb.  1993-1995-ci illərdə Şimal-Qərb Qüvvələr Qrupunda motoatıcı qvardiya diviziyasının komandiri olub.    

1997-ci ildən Moskva Hərbi Dairəsində ordu komandirinin 1-ci müavini, komandir müavini,  qərargah rəisi olub. 2006-cı ilin dekabrında Şimali Qafqaz Hərbi Dairəsinin Baş Qərargah rəisi vəzifəsini icra edib. 2007-ci ildən 2009-cu ilədək-Leninqrad Hərbi Dairəsinin, 2009-2010 tarixləri aralığında isə Moskva Hərbi Dairəsinin komandiri olub. 2010-cu ilin dekabrında Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib.

w720h405fill.jpg (46 KB)

Şoyqunun kadrı

2012-ci ildə  yeni müdafiə naziri  Sergey Şoyqu  Gerasimovun Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini vəzifəsinə namizədliyini təqdim etdi.  2012-ci ilin 9 noyabrında Rusiya prezidenti Vladimir Putin onu Baş Qərargah rəisi  və müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edib. Gerasimov Rusiya Təhlükəsizlik Şurasının üzvüdür.  

Suriya əməliyyatı və Rusiya Qəhrəmanı ulduzu   

Gerasimov Rusiyanın 2015-ci ilin sentyabr ayında başlayan Suriyadakı hərbi əməliyyatlarının əsas təşkilatçısıdır. Hərbi vəzifə borcunu yerinə yetirərkən göstərilən cəsarət və qəhrəmanlığa görə 2016-cı ilin mayında Rusiya Qəhrəmanı adına layiq görülüb.  

Valeri Gerasimov Avropada raketdən müdafiə sisteminin yerləşdirilməsinin daima əleyhinə çıxıb və bunun Rusiyanın nüvə potensialı üçün təhlükə yaratdığını iddia edib. Baş Qərargah rəisi işlədiyi müddətdə rəqəmsal texnologiyaların tətbiqi, MDB ölkələri ilə birgə hava hücumundan müdafiə sistemlərinin yaradılması, NATO ilə hərbi əməkdaşlıq üzrə danışıqlar kimi məsələlərlə məşğul olub. O, həmçinin Rusiya, Qırğızıstan və Tacikistandan bir neçə min hərbçinin iştirakı ilə keçirilən “Sərhəd-2012” irimiqyaslı təlimlərinə rəhbərlik edib.

Erkən evlilik

O, çox erkən ailə həyatı qurub. Hələ orta  məktəbdə oxuyarkən gələcək xanımı ilə  tanış olub və ona imtina edə bilməyəcəyi təklif edib. Valeri Gerasimov sevimli həyat yoldaşına uzun nikahları boyunca sadiq həyat yoldaşı, çətin anlarda dost və sirdaş olmağa söz verib. Evlilikləri hələ də davam edir və Gerasimovun bir oğlu var.

İstefaya göndərilməsi xəbəri təsdiqlənmədi, amma... 

Ukraynada müharibə başlayandan sonra prezident Putinin onu vəzifəsindən azad etməsi barədə məlumat yayılsa da, bu iddialar təsdiqlənməyib. 

kmo.JPG (41 KB)

 “Rusiyada 8 general istefaya göndərilib və Ukraynada aparılan müharibənin taktikası dəyişib. Kremldə Kiyevi iki-üç günə tutmağı hesablamışdılar, amma bu plan iflasa uğradı”. Bu haqda bu günlərdə Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin düşmənin planı barədə dəqiq anlayışı var, hazırda Rusiyanın niyyəti dəyişib, habelə qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən 8 general istefaya göndərilib. 

Ukrayna tərəfinin məlumatına görə,  Rusiya ordusunun canlı qüvvə sarıdan itkiləri 13 min nəfəri keçib. Minlərlə rus əsgəri əsir alınıb, 350-yə yaxın tank və 2 minə qədər digər hərbi texnika məhv edilib. 

Ukrayna müharibəsinin hansı sonluqla bitəcəyi çox güman ki, Gerasimovun sonrakı taleyini də həll edəcək...

Orxan ƏLİYEV,
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR