İnsanlara hürriyət, millətlərə istiqlal!

UKRAYNA MÜHARİBƏSİ AZƏRBAYCANIN XANKƏNDİ-XOCALI–ZƏNGƏZUR HƏDƏFLƏRİNİ DAHAMI YAXINLAŞDIRDI? - "DƏRİN TƏHLİL" CANLI

1937 11.03.2022 20:00 Gündəm A A

Ukrayna müharibəsinin 16-cı gününü bitirmək üzrəyik. Rusiyanın Ukraynaya girdiyi 24 fevraldan bu yana dünya çox dəyişdi. Müharibəyə, böyük dünya güclərinə, NATO-ya, Rusiyaya, Ukraynaya, lap elə şəxsləndirsək, Putinə, Zelenskiyə, Baydenə, Stoltenberqə ...olan ənənəvi münasibət daha 24 fevrala qədərki kimi deyil. Savaşın yeni gerçəklikləri, həm də yeni qəhrəmanları ortaya çıxdı. O qəhrəmanlarıdan ən başda gələni isə Ukrayna xalqıdır. Biri isə heç şübhəsiz, Zelenskidir.

Savaşın mənfi qəhrəmanları isə Putin, Lavrov, Kadırov və ...Rusiyadır...

Bu dəyişən dünyada Azərbaycanımızın, onun dostlarının və düşmənlərinin yerləri haradadır, nə vəziyyətdədir? Kim əsl qəhrəmanların, kim mənfi qəhrəmanların yanındadır? Bu sualın 2-ci hissəsinə birbaşa cavab var - Qafqaz ölkələrindən yeganə Ermənistan heç bir manevr etmədən, qeydsiz-şərtsiz Rusiyaya, üstəlik, Luqansk və Donetsk seperatçılarına açıq dəstək verir...

Türkiyə və Azərbaycana gəldikdə isə, bu iki qardaş dövlətin Ukrayna ərazisində gedən Rusiya-Kollektiv Qərb müharibəsində sərgilədikləri mövqe xüsusi təhlilə, yanaşmaya layiqdir. Biz bu gün "Dərin təhlil"imizdə məhz bu fraqmentləri müzakirə etməyə çalışacağıq. İlk andan savaşan tərəfləri sülhə, barışa çağıran tandem indi də öz missiyalarını davam etdirir.

Bu yolda Türkiyəmiz dünyanın bacarmadığını bacardı və müharibənin tən ortasında bu savaşın diplomatik mərhələsini başlatdı. Rusiya və Ukraynanı hələlik xarici işlər nazirləri səviyyəsində bir araya gətirdi. İndi ortadakı ən böyük nəticə budur. Çünki nə Rusiya, nə də Ukrayna sülhə hazırdır. Onlar ikisindən biri müəyyən nəticə əldə edənə qədər hərb meydanında savaşmağa qərar veriblər. Lakin məhz Antalyada gələcəkdəki sülh prosesinin başlanğıcı qoyuldu.

Bəs Azərbaycan, onun maraq və mənafeləri, qarşıya qoyduğu milli hədəfləri bu 16 gündə, bu müharibə ilə hansı dəyişikliyə uğradı?

Qarşımızda duran missiya və vəzifələr, milli təhlükəsizliyimiz və gələcəyimiz baxımından, Ukrayna-Rusiya müharibəsi bizə hansı təhdidlər, problemlər və həm də ...imkanlar açır? Bunlar hansılardır və bütün bunların ortasında - Qarabağda ermənilərdə və sülhməramlılarda qalan vətən torpağında nələr etməliyik? Hazırda dünyanın Rusiyaya embarqo qoyduğu, dənizləri və hava sahəsini üzünə bağladığı bir zamanda Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi Kreml üçün bir nəfəslik deyilmi? Dünyanın başının qarışdığı, Rusiyanın isə Zəngəzur dəhlizinə möhtac olduğu bir dönəmdə, Azərbaycan və Türkiyə bu istiqamətdə cəsarətli addımlar ata, buraya Xankəndi və digər bölgələrin silahsızlaşdırılması əməliyyatını da əlavə edərmi? Etməlidirmi? Yoxsa Ukraynadakı müharibənin sonuclarını gözləməlidir?

Azərbaycan və Türkiyə post-müharibə, post-putin dövrünə hazırlıq görməlidirmi? Kollektiv Qərb Ukraynada qalib olarsa, regionu və bizi nələr gözləyir? Amerika, Fransa liderliyindəki Kollektiv Qərbin Türkiyəyə, Azərbaycana və "erməni məsələsi"nə münasibəti necə olacaq?

Bütün bunları müzakirə etmək üçün "Dərin təhlil"in studiyasına tanınmış simaları çağırmışıq.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun moderatorluğu ilə canlı yayınlanan verilişin qonaqları Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, deputat, Ana Vətən Partiyasının sədri, tarix elmləri doktoru, professor Fəzail Ağamalı və tanınmış aparıcı Kamran Həsənlidir.

Müzakirələrdə oxucularımız və izləyicilərimiz də iştirak edə bilərlər. Bunun üçün aşağıdakı linklər vasitəsilə canlı yayına keçid edib efirə qoşulun.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR