İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna MN məmuru 40 milyon mənimsədi

509 23.12.2023 15:47 Dünya A A

Ukrayna Müdafiə Nazirliyinin əsas idarələrindən birinin rəisi artilleriya mərmilərinin alınması zamanı 1,5 milyard qrivna (40 milyon ABŞ dollarından çox - Qeyd) oğurlamağa cəhd etdiyi üçün saxlanılıb.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti teleqram kanalında məlumat yayıb.

Saxlanılan şəxs keçən il topdansatış mərmi partiyasının tədarükü üçün böyük bir müqavilə imzalayıb.

Belə ki, malların vasitəçisiz alınmasının mümkünlüyünə və eyni istehsalçı ilə daha aşağı qiymətə alternativ müqavilənin olmasına baxmayaraq, ilkin müqavilə təsdiqlənib.

Nəticədə xarici vasitəçi şirkətin hesabına 1,5 milyard qrivna köçürülüb ki, bu da birbaşa müqavilənin dəyərindən 30% çoxdur.

Qeyd olunub ki, saxlanılan şəxs vəzifəsindən kənarlaşdırılın, ona qarşı ittiham irəli sürülməsi məsələsi həll edilir. Əgər adı açıqlanmayan şəxsin günahı sübuta yetirilərsə onu 15 ilə qədər həbs cəzası gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR