İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatından XÜSUSİ əməliyyat - FOTO

1334 12.11.2023 18:19 Dünya A A

Noyabrın 11-də Ukraynanın Zaporojye vilayətinin Rusiyanın işğalı altındakı Melitopol şəhərində hərbi qərargah partladılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Rəsmi informasiyaya görə, həmin partlayışda xeyli rus zabiti ölüb. Kəşfiyyat xidməti bunun "yerli müqavimət hərəkatının nümayəndələri tərəfindən həyata keçirilən qisas aktı" olduğunu bəyan edib.

Qeyd edək ki, ruslar öz qərargahlarını şəhərdə Dmitri Dontsov küçəsində yerləşən "Novaya Poçta"nın binasında qurublar. Partlayış zamanı binada Rusiyanın FTX və Milli Qvardiyasının zabitlərinin iştirakı ilə görüşü keçirilirmiş. Görüşdən bir saat əvvəl ruslar yolun bitişik hissəsində - Melitopol Avtohidroaqreqat (AGAT) müəssisəsindən keçmiş "Refma" soyuducu zavoduna qədər olan hissəsində nəqliyyatın hərəkətini kəsiblər.

Rusiya hərbçiləri hər iki sənaye obyektini hərbi bazaya çeviriblərmiş.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR