İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayınananın gəlini tərəfindən öldürülməsinin təfərrüatı - "Əri zəng edib ki..." - FOTO

978 05.08.2024 15:53 Kriminal A A

Daşkəsəndə gəlini tərəfindən baltalanan və 9 gün sonra xəstəxanada ölən Tahirə Qurbanovaya qarşı cinayət hadisəsi gecə saatlarında yatdığı vaxtı törədilib.

Bu barədə mərhumun qızı Şəlalə Qurbanova deyib.

Onun sözlərinə görə, hadisəni qardaşının həyat yoldaşı Səidə Həsənova törədib: "Mən bu barədə gecə saat 3-də eşitdim, zəng edib çağırdılar. Gəlin anamın başına zərbələr endirmişdi, qanın içində idi. Huşunu itirməmişdi, amma danışa bilmirdi, dili bağlanmışdı".

Onun sözünə görə, anasını əvvəlcə Daşkəsən xəstəxanasına, oradan isə Gəncəyə aparıblar. Nəhayət Bakıya aparılan qadın 7 gün komada qaldıqdan sonra vəfat edib.

Şəlalə Qurbanova qeyd edib ki anası ilə gəlinləri arasında mübahisə olmayıb: "Qardaşım yoldaşına Rusiyadan zəng edib ki, mən sənlə dolanmaq istəmirəm, çıx get. Gəlin də razılaşıb şəxsi əşyalarını yığmışdı. Hər şey evin içində qalıb. Gecə qalxıb, evdə olan baltanı götürüb, anama zərbələr endirib. Səidə anamı gecə 3-4 arası yatdığı zaman vurub".

Şəlalə Qurbanovanın sözlərinə görə, qardaşı Səidə Həsənova ilə 1 ilə yaxındır, qeyri-rəsmi ailəlidir.

Qeyd edək ki, qayınanasına balta ilə ağır xəsarətlər yetirən Cəlilabad rayon sakini olan Səidə Həsənova elə həmin gündən hadisə yerindən qaçıb. Onun tutulması istiqamətinə axtarışlar davam edir./APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR