İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29-a görə Azərbaycanda hansı məhdudiyyətlər ola bilər?

926 05.08.2024 15:30 Ölkə A A

Məlum olduğu kimi, noyabrda Azərbaycan dünyanın ən əhəmiyyətli tədbirlərindən biri – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Ölkəmizə 60 mindən çox qonağın gələcəyini nəzərə alsaq, təhlükəsizlik tədbirləri ilə bağlı bəzi zərurətlər yaranır. Həmçinin bir neçə gün əvvəl Baş nazir Əli Əsədov ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələri ilə bağlı sənəd imzalayıb. Qərara əsasən, ümumi təhsil pilləsi üzrə 12-22 noyabr aralığında payız tətili, həmçinin peşə, orta ixtisas və ali təhsil pillələri üzrə – Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda noyabrın 12-dən 22-dək isə tədris distant forması təşkil ediləcək. COP29-a qədər isə daha bir neçə sahədə məhdudiyyətlərin tətbiqi gözlənilir. Maraqlıdır, bunlar hansılardır?

Məsələ ilə bağlı KONKRET.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu tədbirin yüksək səviyyədə təşkil olunacağına inandığını qeyd etdi:

15637940083255654301_1200x630.jpg (96 KB)

“Bildiyiniz kimi, ölkəmiz miqyasına və əhəmiyyətinə görə dünyanın bir nömrəli beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Sözgedən tədbirdə ən aktual məsələ – qlobal iqlim dəyişikliyi problemi müzakirə olunacaq. Nəzərə almaq lazımdır ki, burada bəşər sivilizasiyasını təhdid edən problemlər barədə söhbətlər aparılacaq. Buna görə də COP29-un təşkili də qlobal yanaşma tələb edir. Dünyanın bir nömrəli tədbirində təhlükəsizlik yüksək səviyyədə təşkil olunmalıdır. COP28-dən müəyyən təcrübələr əldə edilib. Bəzi forma və metodlar müəyyənləşdirilib. Lakin nəzərə almaq lazımdır ki, COP29 dünyanın ən mürəkkəb coğrafiyalarından birində – Cənubi Qafqazda, konkret desək, Bakıda təşkil olunacaq. Bundan başqa, dünyanı təhdid edən risqlər indiki kimi genişmiqyaslı olmayıb. Azərbaycan etibarlı tərəfdaş kimi və dünyadakı nüfuzunu nəzərə alaraq təhlükəsizlik tədbirlərini indidən görür”.

Deputat hansı sahələrdə daha çox məhdudiyyətin ola biləcəyindən danışdı:

“Baxın, ölkəyə 70 mindən çox qonaq gələcək. İlk növbədə nəqliyyat-kommunikasiya vasitələrinin işində axsama olmamalıdır. Bunun üçün müxtəlif tədbirlər görülür. Hazırda şəhərimizin yol-nəqliyyat infrastrukturunda aparılan işlər bu məsələyə xidmət edir. Təhlükəsizlik səbəbindən yollarda intensivlik azaldılmalıdır. Həmçinin dövlət və hökumət başçılarının lazımi yerlərə anında çatması üçün şərait olmalıdır. Nazirlər Kabinetinin təhsil müəsissələri ilə bağlı atdığı addım bu qəbildəndir. Həmçinin gözlənilməz halda İran və İsrail məsələsinin gərginləşməsi, Orta Şərqdə risqin artması Azərbaycan üçün ciddi yanaşma tələb edir. Hansı sahədə məhdudiyyətlərin olacağı isə COP29-un Təşkilat Komitəsinin təhlilləri və analizləri əsasında müəyyən olunacaq. Ümid edək ki, ona qədər gərginlik azalar, azalmasa belə, buna uyğun addımlar atılacaq. Əminəm ki, Azərbaycan yüksək səviyyədə tədbirə ev sahibliyi edəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR