İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan: “Paşinyan süni gündəm yaradır, çünki...”

490 05.08.2024 15:39 Son xəbər A A

“Hakim elita velosiped sürür və uzunmüddətli məzuniyyətlə bağlı suallara cavab vermir, çünki indiki hökumətin cavabı yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli siyasi ekspert, revanşist mövqeyi ilə tanınan Karen Köçəryan deyib.

“Qondarma “sülh prosesi” tamamilə iflasa uğradı. Bunun fonunda yeni gündəm formalaşdırmaq lazımdır, amma bunun nə olduğunu bilmirlər”, - deyə erməni politoloq qeyd edib.

Onun sözlərinə görə, sülh gündəminin uğursuzluğu hökumətin demək olar ki, bütün səviyyələrində yaxşı başa düşülür:

“Buna görə də “Sülhün kəsişməsi” haqqında bütün söhbətlər də praktiki olaraq dayanıb. İndi ola bilsin ki, bu barədə yalnız Xarici İşlər Nazirliyi danışır. Gündəm olmadığı üçün velosiped sürmək kimi süni informasiyalardan istifadə olunur.

Paşinyan Praqadakı görüşdən sonra qayıdanda və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacağını bəyan edəndə qarşı tərəfdən eyni hərəkətin baş verəcəyinə əmin idi. Amma rəsmi Bakı nəinki bunu etmədi, hətta Azərbaycanın ADR-in varisi olduğu və buna uyğun olaraq ərazisinin 86,6 min kvadratkilometr olmadığı prinsipini təbliğ etməyə başladı. Bu səbəbdən də Ermənistan hakimiyyətinin gündəmi yerinə yetirmədiyini, yoxsa son stəkanlar kimi çölə atıldığını mühakimə etmək çətindir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR