İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda filmə çəkilmək istərdim” - Türkan Şorayla MÜSAHİBƏ

259 05.08.2024 15:17 Şou-biznes A A

“Bir çox ölkələrdə məni sevənlər var. İnstaqram sosial şəbəkəsindən istifadə edirəm. Gözəl sözlər yazırlar, mənim filmlərimdən görüntülər paylaşırlar. Həqiqətən də bir aktrisa üçün sevgi özəl, möhtəşəm hissdir. Sən bu gün filmlərdə çəkilmirsən, amma illər öncə rol aldığın filmlər bütün yaş nəslinə səni sevdirir. Azərbaycanlıların sevgisini xüsusi hiss etmişəm. Mən ötən il Qırğızıstana, Moskvaya səfər etdim. Orada gözəl anlara şahid oldum. Bu sevgisini, bu hissləri illər öncə Azərbaycana gələndə də yaşamışdım. Necə istiqanlı insanlarsınız.. Həyatda bir çox şeylər var ki, onları pulla almaq mümkün deyil. Bunlardan ən başlıcası sevgi, bağlılıq, doğmalıq hissləridir. Bu baxımdan çox xoşbəxtəm”.

Musavat.com xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında Türkiyənin məşhur aktrisası, “Sultan” ləqəbli, Yeşilçamın ulduzu, oynadığı 222 film ilə dünyada “ən çox çəkilən aktrisa” adlandırılan Türkan Şoray deyib.

O daha sonra əlavə edib:

“Azərbaycanın mənim ürəyimdə yeri ayrıdır. Çox istərdim ki, orada bir filmə çəkilim. Daha öncə ancaq hansısa mükafata, görüşə, film təqdimatına görə Bakıya gəlmişəm. Bu dəfə inşallah Allah qismət edər, bəlkə hansısa filmə görə Bakıya gələcəm?! Həyat sürprizlərlə doludur. Həm də Azərbaycanı bol-bol gəzmək şansım olar. Əjdər İbrahimovun “Məhəbbətim mənim, kədərim mənim” filmində baş rolda çəkilmişəm. “Fərhad və Şirin” də deyilir bu filmə. Orada rejissorla, Arif Məlikovla tanış oldum. O insanların bu gün həyatda olmamaları məni çox üzür. Sənətkar ölsə belə hər zaman yaşayır. Allah onlara rəhmət etsin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR