İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan fond birjası ÇÖKÜR

401 05.08.2024 16:09 Dünya A A

ABŞ, Asiya və bütövlükdə Avropa bazarlarında baş verən enişdən sonra Afina Fond Birjasının ümumi indeksi də 5,08 faiz ucuzlaşıb.

Musavat.com xəbər verir ki, bu barədə “Naftemporiki” qəzeti məlumat yayıb.

Bildirilir ki, investorlar tələsik öz səhmlərindən xilas olmağa çalışırlar, qlobal satışlar Yunanıstanın Fond bazarını “boğur”. Amerika iqtisadiyyatında mümkün tənəzzül riski fond bazarlarına güclü təzyiq dalğasına səbəb olub və bu, Yaxın Şərqdəki münaqişə ilə bağlı onsuz da gərgin atmosferi daha da kəskinləşdirib. Bu şəraitdə Afina Birjasının ümumi indeksi 5,08 faiz azalıb.

Kotirovkaların aşağı düşməsindən ən çox Yunanıstanın aparıcı bankları “Piraeus” (Bank of Piraeus), “Alpha” (Alpha Bank), “Ethniki” (Milli Bank) və “Eurobank”ın (Eurobank) səhmləri 6 faizdən 7 faizə qədər dəyər itirib. Onların ardınca iri həcmli yunan səhmləri - metallar, enerji və tikinti sektorlarında fəaliyyət göstərən sənaye konqlomeratı “Mytilineos”, idman mərc oyunları və qumar şirkəti OPAP və Yunanıstanın telekommunikasiya təşkilatı OTE 5 faiz, “Aegean” aviaşirkətinin səhmləri 9,2 faiz ucuzlaşıb.

Yunanıstanın 89 bankı və şirkətinin səhmlərinin qiymətləri ucuzlaşıb, iki firmanın qiymətləri artıb, üç firma isə dəyişməyib.

Qeyd edək ki, ABŞ-da işsizliyin 4,1 faizdən 4,3 faizə yüksəldiyinə dair xəbərlər həftənin ilk iş günü bütün dünyada fond birjalarında böyük təlatümlərə səbəb olub. ABŞ, Avropa birjalarında kəskin dəyərsizləşmə qeydə alınıb. Cənubi Koreya, Honkonq, İstanbul birjaları kəskin ucuzlaşma səbəbilə hərracları müvəqqəti dayandırmalı olublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR