İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə bağlı SENSASİON İDDİA 

1298 12.11.2023 15:23 Dünya A A

Bu həftənin çərşənbə günü avtomobilin partladılması nəticəsində Luqansk "xalq milisləri"nin keçmiş rəhbəri, Donbasda Kremlin əsas fiqurlarından sayılan Mixail Filiponenko həlak olub.

Musavat.com xəbər verir ki, Britaniyanın "The Times" qəzeti bununla bağlı maraqlı məlumat yayıb.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın Təhlükəsizlik və Müdafiə Tədqiqatları İnstitutunun (RUSI) əməkdaşı Mark Qaleotti bu aktın Ukrayna hərbi kəşfiyyatı tərəfindən törədildiyini bildirib.

"Müharibənin reallıqlarını ruslara çatdırmaq üçün nəzərdə tutulmuş bu aksiya ingilislərlə yanaşı, Ukrayna kəşfiyyat xidmətlərinə ən çox dəstək verən amerikalıları da narahat etməyə başlayıb", - deyə ekspert qeyd edib.

Qaleottinin sözlərinə görə, ABŞ və Britaniya təhlükəsizlik xidmətləri Kiyevin planlarında şəffaflığın olmamasından qorxurlar.

Ekspertin fikrincə, Ukraynanın Rusiya daxilində hücumlar təşkil etmək strategiyası ölkə prezidenti Vladimir Putinin əlinə əlavə "kozırlar" verə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR