İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları Belqorodda partlayış törətdi – alov göyə qalxdı - Ölən və yaralananlar var VİDEO

791 30.08.2025 19:07 Dünya A A

Belqorod vilayətinin Yasnıe Zori kəndində Ukrayna Silahlı Qüvvələrinin dronu kommersiya obyektinin yaxınlığında partlayış törədib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində güclü yanğın başlayıb, alov və qara tüstü kilometrlərlə məsafədən müşahidə olunub.

Vilayət qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, partlayış nəticəsində ər-arvad xəsarət alıb, qadına mina-partlayış travması, üzdə və ayaqlarda qəlpə yaraları diaqnozu qoyulub. Onun həyat yoldaşında barotravma müəyyən edilib.

Hər iki şəxs xəstəxanaya müraciət edib və tibbi yardım alır.

Hadisə yerindən yayılan videolarda alovun obyektin böyük hissəsini əhatə etdiyi, tüstünün göyü bürüdüyü görünür. Bu kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR