İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna baş komandanının köməkçisi ad günü hədiyyəsilə öldürüldü

1503 07.11.2023 00:12 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ad günü hədiyyəsində gizlədilən naməlum qurğunun partlaması nəticəsində köməkçisi mayor Gennadi Çastyakovun öldüyünü açıqlayıb.

O, bu barədə “Telegram” kanalında yazıb.

Daxili İşlər Nazirliyi hərbçinin 13 yaşlı oğlunun da ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirib.

Partlayış zamanı mərhumun həyat yoldaşı və qızı da evdə olub. İlkin məlumata görə, onlar xəsarət almayıblar.

.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR