İnsanlara hürriyət, millətlərə istiqlal!

İnstaqrama VPN-lə daxil olanları böyük təhlükə gözləyir

395 05.08.2024 17:35 Dünya A A

Türkiyədə İnstaqrama giriş bloklandığı üçün istifadəçilər VPN-dən istifadə etmək məcburiyyətində qalıblar. Ekspertlər isə bunu çıxış yolu olaraq görmürlər. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onların sözlərinə görə, pulsuz VPN-lərdə təhlükəsizlik zəifliyi var və parollarınız, şəxsi məlumatlarınız oğurlana ya da satıla bilər.

Bu səbəbdən VPN-dən istifadə böyük risk daşıyır:

"VPN-ə qoşulmanın ən böyük riski internet trafikinin monitorinqidir. Onlar daxil etdiyiniz saytları, parollarınızı və şəxsi məlumatlarınızı ələ keçirə bilərlər. İnternet tarixçəniz sızdırıla bilər".

İnternetdə istifadə olunan bəzi proqram təminatına quraşdırılmış VPN-lər məlumat toplayır və onları reklamla məşğul olanlara satır və qeyri-qanuni istifadə edirlər. Bu vəziyyət internet bankçılıq və e-Hökumət kimi kritik platformalara daxil olmaqda böyük risklər yaradır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR