İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu imtahan abituriyentə yalnız ziyan verir - Professor

1167 05.08.2024 19:33 Təhsil A A

Jurnalistikadan qabiliyyət imtahanlarının keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, DİM üçünsə əlavə təşkilati qayğıdır. Ən pisi isə odur ki, bu imtahanın tədris üçün heç bir praktik faydası yoxdur. Çünki abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür.

Musavat.com Kult.az-a istinadən xəbər verir ki, bu sözləri professor Qulu Məhərrəmli deyib.

O qeyd edib ki, jurnalistika ədəbi yaradıcılıq sahəsi yox, cəmiyyətə bağlı sosial institutdur:

"Amma biz abituriyentə fantaziyanın gücü ilə esse yazdırmaqla (publisistika), onu ibarəli, obrazlı ifadə tərzinə yönəltməklə faktiki olaraq indidən jurnalistikanın, ilk növbədə isə fakta əsaslanan xəbərləmənin mahiyyətini təhrif edirik. Əsas məsələ odur ki, qabiliyyət imtahanının tətbiqindən sonra bu imtahanın xofuna görə jurnalistikaya sənəd verənlərin sayı kəskin şəkildə azalıb, qəbul balları və ümumi səviyyə isə çox aşağı düşüb. Yəni təcrübə göstərir ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı tamamilə artıq bir şeydir və xeyirdən çox zərəri vardır. Əlbəttə, bu məsələyə başqa yanaşmalar da ola bilər, amma acı reallıq mən dediyim kimidir".

Xatırladaq ki, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil ocaqlarında jurnalistika ixtisasına (bakalavr) qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. İmtahanda 900-ə yaxın abituriyent iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR