İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin NƏZƏRİNƏ: Bu yolun bir hissəsində təmir başlayır

627 05.08.2024 17:22 Ölkə A A

Avqustun 5-dən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.

Musavat.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-də saat 18:00-dək davam edəcək.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR