İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu VİDEO

3939 15.05.2022 03:10 Mədəniyyət A A

İtaliyanın Turin şəhərində 66-cı "Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

APA xəbər verir ki, finalda ümumilikdə 25 ölkə çıxış edəcək. Azərbaycan təmsilçisi Nadir Rüstəmli "Fade to black" mahnısı ilə səhnəyə 15-ci nömrə altında çıxacaq.

 ***

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı başa çatıb.

“Report” xəbər verir ki, müsabiqənin finalında 25 ölkənin təmsilçiləri yarışıb.

Yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" "Stefania" mahnısı ilə) olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR