İnsanlara hürriyət, millətlərə istiqlal!

UFC-də hamıdan çox qonorar alan döyüşçü: Mənə nifrət edirlər

1605 20.07.2024 13:55 İdman A A

Məğlubedilməz UFC döyüşçüsü Hamzat Çimaev yüksək qonorarı haqda danışıb.

Hamzat nəyə görə sevilmədiyinin səbəbini də açıqlayıb.

"Hələlik rekordum 13-0-dır. Məğlubiyyət yoxdur, bir raund belə uduzmadım. Hamı deyir ki, mən filankəsə uduzmuşam. Amma azarkeşlər uzağa baxmırlar, həmişə dəstəklədikləri döyüşçünü görürlər. Görmürlər ki, o nə qədər vurur, mən nə qədər vururam. Hamı mənim uduzmağımı istəyir, çünki mən digər döyüşçülərdən daha çox ajiotaj yaradıram və daha çox qonorar alıram. Buna görə insanlar mənə nifrət edirlər. Amma mən bütün raundlarda və bütün döyüşlərdə qalib gəldim", - Çimaev Aslanbek Badaevə müsahibəsində deyib.

Həmzət Çimaev MMA-da 13 döyüş keçirib və 13 qələbə qazanıb./publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR